PAŞA Sığorta “Endirimli Cümə” fürsəti ilə avtomobil sahiblərini sevindirir!

28.11.2025 11:35 9 baxış sayı 2 dəq. oxuma Trend
PAŞA Sığorta “Endirimli Cümə” fürsəti ilə avtomobil sahiblərini sevindirir!

PAŞA Sığorta avtomobil sahibləri üçün xüsusi “Endirimli Cümə” kampaniyasına başlayıb. Bu kampaniya müştərilərə maşınlarını hərtərəfli sığorta etdirməyə imkan yaradır, eyni zamanda əlverişli tariflərlə əhəmiyyətli qənaət etməyə kömək edir. Endirim Tam KASKO sığortasını daha əlçatan edir. Bu addım hər bir sürücüyə yol təhlükəsizliyinə investisiya etməyin rahatlığını verir.


Şirkət 28 noyabr və 01 dekabr 2025-ci il tarixləri arasında Tam KASKO sığortası alacaq avtomobil sahiblərinə 25% endirim təklif edir. Bu xüsusi fürsət avtomobil sahiblərinə geniş təminat paketini daha sərfəli qiymətlərlə almaq imkanı verir. Tam KASKO sığortası sürücüləri qəza, oğurluq, yanğın, təbiət hadisələri və digər gözlənilməz risklər qarşısında tam qoruyur. Bu sığorta avtomobilin tam müdafiəsini təmin edir.


PAŞA Sığorta şirkəti hazırda qeyri-həyat sığorta sektorunda bazar payına görə liderlik mövqeyindədir. Şirkət 2006-cı ildən fəaliyyət göstərir və "PAŞA Holding" qrupunun üzvüdür. PAŞA Sığorta təxminən 700.000 korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi şirkətin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini isə "B++" səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz “Sabit”dir. Şirkət kapitalının, sığorta yığımlarının və ödənişlərinin həcmi ilə sığorta bazarının ən böyük şirkətlərindən biri hesab olunur, bu da onun maliyyə dayanıqlığını göstərir.


G
Ticarət müxbiri

Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.

Bütün məqalələrə baxın
Paylaş: