Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri aparılır (FOTO)

25.10.2025 06:46 5 baxış sayı 2 dəq. oxuma Trend
Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri aparılır (FOTO)

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, son günlərdə paytaxtın bəzi ərazilərində ciddi problem yaranıb. Əsasən tut ağacları üzərində qurd basması halları müşahidə edilir. Bu qurdlar ağaclardan həyətlərə, yaşayış binalarına və yol kənarlarına yayılır, nəticədə sakinlərin narahatlığına səbəb olur.


Məsələ ilə əlaqədar, mütəxəssislər qurdların müşahidə edildiyi ərazilərə baxış keçiriblər. Aparılan yoxlama zamanı müəyyən edildi ki, bu qurdlar əslində Ağ Amerika kəpənəyi növünə aid olan tırtıllardır. Qeyd etmək lazımdır ki, sözügedən həşəratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.


Bu kəpənək 120 növ bitkiyə zərər verir. Tut ağacının müxtəlif növləri ilə yanaşı, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq və qarağat kimi bitkilər də təhlükə altındadır. Abşeronda aparılan tədqiqatlar zamanı bu zərərvericinin 30 növ bitki ilə qidalanması müəyyən olunmuşdur. Ağ Amerika kəpənəyi Azərbaycan üçün yeni invaziv növ hesab olunur.


Bitkilər üçün zərərli olan bu orqanizmin ləğv edilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri müxtəlif mübarizə tədbirlərindən istifadə edirlər. Birliyin hazırladığı tədbirlər planına görə, ərazidə gündəlik monitorinqlər keçirilir. Yeni invaziv növ olması səbəbilə, aşkar edildiyi təqdirdə, sayından asılı olmayaraq, bütün ocaqların tamamilə məhv edilməsi üçün mübarizə işləri tətbiq edilir. Tırtıllar tapılan ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: