
Pilotsuz uçuş aparatları ilə bağlı aparılan tədqiqatların elmi-nəzəri nəticələri müzakirə olunub
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. Bu görüş pilotsuz uçuş aparatları (PUA) ilə bağlı aparılan dissertasiya işi çərçivəsində əldə olunan elmi-nəzəri nəticələrin müzakirəsinə həsr edilmişdi.
AMEA-nın vitse-prezidenti və institutun baş direktoru akademik Rasim Əliquliyev bildirdi ki, seminarın mövzusu “Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” dissertasiyasıdır. İnstitutun doktorantı Orxan Vəlixanlı təqdimatla çıxış edərək dissertasiya işinin məqsədi, elmi yeni nəticələri və aparılmış elmi-praktik tədqiqatların yekunları haqqında məlumat verdi.
Vəlixanlı bu tədqiqatın aktual olduğunu xüsusi vurğuladı. O qeyd etdi ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” və “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”ndan irəli gələn məsələlər, eləcə də PUA-ların həm mülki, həm də hərbi sahədə geniş tətbiqi bu işin aktuallığını şərtləndirir.
O. Vəlixanlı açıqladı ki, dissertasiyanın əsas məqsədi sürətli, özü-özünə öyrənən və yüksək dəqiqliklə kiberhücumları aşkarlaya bilən intellektual metod və alqoritmlərin yaradılmasıdır. Bu metodlar PUA-lara edilən hücumların təsirinə qarşı dayanıqlı olmalıdır. Tədqiqatçı, dissertasiya işi üzrə “Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizlik üzrə elmi-nəzəri problemlərinin analizi” hissəsinin aparıldığını, PUA-ların əsas komponentlərinin və funksional missiyalarının araşdırıldığını, təsnifatının aparıldığını, həmçinin kibertəhlükəsizlik problemlərinin ətraflı şəkildə tədqiq edildiyini diqqətə çatdırdı. Seminar iştirakçıları dissertasiya işinə dair geniş fikir mübadiləsi apardılar və müəllifin suallarını cavablandırdılar.
Akademik Rasim Əliquliyev PUA-ların kibertəhlükəsizliyinin təmin olunması istiqamətində əldə edilən nəticələrə münasibətini bildirdi. Alim PUA-ları ağıllı idarəetmə sistemləri və süni intellekt texnologiyaları ilə təchiz olunan, kəşfiyyat, müşahidə və digər strateji tapşırıqların icrasında geniş istifadə edilən yüksək texnoloji məhsullar kimi xarakterizə etdi. O, bu aparatların təhlükəsizliyinin təmin edilməsi məsələlərinin müasir dövrün əsas prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Akademik R. Əliquliyev PUA-ların kibertəhlükəsizliyi problemlərinin dərindən araşdırılmasının vacibliyini qeyd etdi və aparılan tədqiqatın aktuallığını bir daha təsdiqlədi.
Əliquliyev dissertasiya çərçivəsində əldə edilmiş elmi-praktiki nəticələrin PUA-ların kiberdayanıqlıq səviyyəsinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıdığını söylədi. O, elmi seminarda səsləndirilən bütün irad və təkliflərin tədqiqat işinin daha da təkmilləşdirilməsi üçün dəyərli olduğunu bildirdi. Akademik R. Əliquliyev hər bir tövsiyənin nəzərə alınmasının önəmini xüsusi qeyd etdi.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

SON DƏQİQƏ! Moskvaya dronlarla hücum olunur
Xəbər Anı

Ukrayna və Finlandiya SAFE proqramı çərçivəsində ə...
Azəri Xəbər
RSXM-də Çinlə seysmologiya sahəsində əməkdaşlıq mü...
Azəri Xəbər

Rusiya ordusu Ukraynada irəliləyir
Bugun.az

BDU dünyanın ən yaxşı universitetlərinin fənn reyt...
Bugun.az

Zakir Həsənov "Xilaskar" PUA-sını izlədi - VİDEO
Son Xeberler



