Polis səkilərdə avtomobil parklanmasına dair xəbərdarlıq edib

13.10.2025 09:37 27 baxış sayı 2 dəq. oxuma Apa
Polis səkilərdə avtomobil parklanmasına dair xəbərdarlıq edib

Piyadalar üçün nəzərdə tutulan səkilərdə nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı polisə daxil olan şikayətlər əsasında profilaktik tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata əsasən, növbəti reyd zamanı paytaxtın Yasamal rayonunda piyada səkilərində maşın saxlayan sürücülərlə maarifləndirici söhbətlər aparılıb.


Bildirilib ki, səkilərdə avtomobillərin saxlanılması piyadaları məcbur edir ki, yolun hərəkət hissəsinə çıxsınlar. Bu da onların həyat və sağlamlığını real təhlükə altına qoyur.


“Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara ciddi əməl edilməlidir. Piyada səkilərində avtomobil saxlamaq qanun pozuntusu olmaqla yanaşı, həm də sürücü intizamsızlığı kimi qiymətləndirilir”, — məlumatda vurğulanır.


Qeyd edilib ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində bu cür reydlər və maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçiriləcək.


T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: