
Polşa XİN başçısı: Ukrayna 2030-cu illərin əvvəlində Aİ üzvləri sırasına daxil olacaq

Polşanın Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski, Ukraynanın Avropa İttifaqına (Aİ) nə vaxt daxil olacağı ilə bağlı proqnoz verib. Nazir bildirib ki, Ukrayna 2030-cu illərin əvvəlində Aİ-nin tamhüquqlu üzvləri sırasına daxil olacaq.
Bu açıqlama Polşa KİV-ə istinadən yayılıb. R. Sikorski qeyd edib ki, Ukrayna artıq namizəd statusuna malikdir. O, bu irəliləyişin Macarıstan tərəfindən əngəllənməsinə cəhdlər olsa da, prosesin davam etdiyini vurğulayıb.
Nazir həmçinin Rusiya-Ukrayna müharibəsinin davamlılığı barədə də danışıb. Radoslav Sikorskinin fikrincə, Rusiya lideri Vladimir Putin Qərbin dəstəkləyəcəyi Ukrayna ilə müharibəyə daha üç il davam gətirə bilməyəcək. O əlavə edib ki, dondurulmuş Rusiya aktivlərindən əldə edilən vəsaitlər Ukraynaya verilən dəstəkdə önəmli rol oynayacaq.
Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
Polşa Ukrayna taxılının idxalına qoyulmuş embarqon...
Azəri Xəbər

Polşa və ABŞ hərbi saziş bağladı
Son Xeberler

Kallas 2030-cu ilə qədər Aİ-yə üzv olmaq üçün dörd...
Azəri Xəbər

Kaya Kallas 2030-cu ilədək Aİ-yə qoşula biləcək dö...
Azəri Xəbər

ABŞ-nin NATO-dakı nümayəndəsi: Ukrayna tezliklə 2...
Azəri Xəbər

Polşa, Rusiya Rəsmilərini Ölkədən Qovur
KIBRIT MEDIA



