“POSTV Georgia”nın təmsilçisi: Gürcüstan saxta xəbərlərin hədəfinə çevrilib

05.12.2025 06:53 7 baxış sayı 2 dəq. oxuma APA
“POSTV Georgia”nın təmsilçisi: Gürcüstan saxta xəbərlərin hədəfinə çevrilib

Xaricdən gələn hibrid hücumlara məruz qaldığı bir vaxtda Azərbaycan və Gürcüstanın media qurumlarının əməkdaşlığı çox vacibdir. “POSTV Georgia”nın təmsilçisi Gia Abaşidze bu fikri “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunda səsləndirib.


Abaşidzenin sözlərinə görə, bu Media Forumu iki ölkənin media qurumları arasında əməkdaşlığın yaranmasına və təcrübə mübadiləsinə töhfə verəcək. O, Gürcüstanın hazırda hibrid hücumların və saxta xəbərlərin hədəfinə çevrildiyini qeyd edib. Abaşidze bu vəziyyətə bir misal gətirib.


O bildirib ki, BBC Gürcüstanı nümayişçilərə qarşı kimyəvi zəhərləyici qazdan istifadədə günahlandırır. Bu fakt təsdiqini tapmasa da, nəticəsiz ötüşməyib. Belə hibrid hücumlara qarşı özünü müdafiə etmək üçün əməkdaşlıq zəruridir. Abaşidze vurğulayıb ki, hər iki ölkənin media qurumları, siyasətçiləri və ekspertləri arasında təcrübə mübadiləsi bu cür hücumlara qarşı müdafiə üçün əhəmiyyətlidir.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: