
Prezident İlham Əliyev əsl liderlik nümunəsi göstərib - Stiv Uitkoff

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan lideri İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi davranışı yüksək qiymətləndirib.
Mayamidə keçirilən biznes forumunda çıxış edən Uitkoff, Prezident Əliyevin əsl dövlət liderliyi və müdrik qərarvermə nümunəsi göstərdiyini bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin daha güclü ordusu var idi və o, yaranmış fürsətdən istifadə edərək öz torpağını geri qaytardı. Uitkoff bu addımın böyük müdriklik göstəricisi olduğunu vurğulayıb.
Stiv Uitkoff bu mövzu ilə bağlı çox maraqlı bir dialoqu da ictimaiyyətə açıqlayıb. O deyib ki, avqustun 8-də Oval Ofisdə keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Tramp Azərbaycan liderindən birbaşa soruşub: "Niyə dayandınız? Sizin qələbəniz var idi, böyük ordunuz var idi." Prezident İlham Əliyev isə buna cavab olaraq məqsədinin yalnız bizdən alınanları geri qaytarmaq olduğunu vurğulayıb.
Azərbaycan lideri Trampa verdiyi cavabda əlavə edib: "Mənə daha çoxu lazım deyil." Stiv Uitkoff məhz bu mövqeyə görə Prezident İlham Əliyevin müdrik və məsuliyyətli dövlət başçısı kimi davranışını yüksək dəyərləndirib. O, torpaqların azad edilməsindən sonra irəli getməmək qərarını "möhtəşəm qərar" adlandırıb. Bu yanaşma, Prezident Əliyevin yalnız haqq tərəfdarı olduğunu və əlavə ərazi iddiaları olmadığını ortaya qoyur.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Trampın xüsusi elçisi Əliyev haqqında: Həqiqi dövl...
Bugun.az

Vaşinqtonda İlham Əliyevin Stiv Uitkoff ilə görüşü...
Bugun.az

Trampın xüsusi elçisi Prezident İlham Əliyevin fəa...
Azəri Xəbər

Prezident Stiv Deynsi qəbul etdi
Bugun.az
Yeni bir ölkə "İbrahim Sazişləri"nə qoşulacaq - St...
Azəri Xəbər

Trampın nümayəndəsi Rusiyaya səfər edəcək
Bugun.az



