Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsi ilə maraqlanır (FOTO)

14.11.2025 15:15 6 baxış sayı 2 dəq. oxuma Trend
Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsi ilə maraqlanır (FOTO)

Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf nazirinin müavini Dosjan Musaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın kibertəhlükəsizlik təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib. Qonaqlar səfərləri zamanı Bakıda bir sıra vacib görüşlər keçiriblər.


Nümayəndə heyəti ilk olaraq Azərbaycan KiberTəhlükəsizlik Mərkəzi ilə yaxından tanış olub. Mərkəzin fəaliyyət dairəsi və mövcud tədris proqramları barədə qazaxıstanlı qonaqlara ətraflı məlumatlar verilib. Səfər planı çərçivəsində nümayəndə heyəti həmçinin Elektron Təhlükəsizlik Xidmətində də olub. Burada keçirilən görüşdə tərəflər gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.


Daha sonra qonaqlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Nazir müavini Samir Məmmədovla görüşüblər. Məmmədov Azərbaycanda kibermərkəzlərin təşkil olunması və onların iş prinsipləri haqqında məlumatları bölüşüb. Qazaxıstan tərəfi görüşdə Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsini öyrənməkdə böyük maraq göstərdiyini rəsmən bildirib.


R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: