🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Qəbələdə avtomobilin vurduğu piyada dünyasını dəyişib

13.10.2025 05:37 19 baxış sayı 1 dəq. oxuma
Qəbələdə avtomobilin vurduğu piyada dünyasını dəyişib

Qəbələdə iki gün əvvəl yol qəzasında xəsarət alan piyadanın vəfat etdiyi bildirilir.


Hadisə rayonun mərkəzi küçələrindən biri olan H. Aslanov küçəsində qeydə alınıb.


Məlumata görə, avtomobilin vurduğu piyada Yaqut Bəkirova ağır xəsarətlərlə dərhal xəstəxanaya çatdırılıb.


Təəssüflər olsun ki, həkimlərin səylərinə baxmayaraq, xəstəxanada müalicə olunan qadının həyatını xilas etmək mümkün olmayıb. O, hadisədən bir gün sonra dünyasını dəyişib.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalara başlanılıb.


Paylaş: