
"QHT işi" üzrə Əhməd Məmmədzadənin məhkəməsi başlayıb

“QHT işi” adlandırılan cinayət işi üzrə ittiham olunan Əhməd Məmmədzadənin məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən bu günkü prosesdə əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildi. Əhməd Məmmədzadə məhkəmədən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı qərar verilməsini xahiş etdi. Cinayət işi məhkəmə baxışına verilib və baxışın tarixi təyin olunub.
Əhməd Məmmədzadəyə qarşı yekun ittihamlar Cinyət Məcəlləsinin bir sıra ciddi maddələrini əhatə edir. Bunlara 193-1.3.2-ci maddə (Cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1-ci maddə (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü maddə (Vəzifə saxtakarlığı) daxildir. Qeyd etmək lazımdır ki, Baş Prokurorluğun İstintaq İdarəsində Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi başlanılıb. Bu istintaq çərçivəsində bir sıra yerli QHT-lərin, onların rəhbərlərinin, həmçinin xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
Bu işdə təqsirləndirilən şəxs qismində cəlb edilən digər şəxslər arasında “İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), “Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, həmçinin Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli var. Məmməd Alpay və Bəşir Süleymanlı barəsində həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli isə istintaqdan yayındığı üçün axtarışa verilib. “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov təqsirləndirilən şəxs kimi tanınsa da, məhkəmə qərarı ilə ona ev dustaqlığı qətimkan tədbiri seçilib. ABŞ-ın “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimliyə isə polis nəzarəti altına vermə qətimkan tədbiri tətbiq olunub. Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs ediliblər.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Əhmədin Məhkəməsi Bitdi: Məcburi Müalicə
Bugun.az

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna...
Azəri Xəbər

İlham Əliyevdən yeni təyinatlar - SƏRƏNCAM
Bugun.az

Hafiz Həsənovun məhkəməsi başlayıb
Azəri Xəbər

Abdolbari Gozalın oğluna yüksək vəzifə verildi - F...
Bugun.az

Bu avtobusların hərəkət sxemi dəyişir
Bugun.az



