
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdirinə hökm oxunub

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq rəhbəri Rüfət Malik oğlu Hacıyevin cinayət işinə dair məhkəmə prosesi başa çatıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Hacıyevə hökm oxundu. Məhkəmənin qərarına əsasən, sabiq idarə müdiri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, uzun müddət təhsil sahəsində qeyri-qanuni hərəkətlərə yol verməkdə, rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurdu. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaq zamanı R. Hacıyevin fəaliyyətində ciddi pozuntular aşkarlandı. Bu hadisə dövlət qulluğunda olan şəxslərin yol verdiyi ağır cinayət hadisələrindən biri kimi qeydə alınır.
İstintaq materialları göstərir ki, Rüfət Hacıyev müxtəlif illərdə, əvvəlcə Quba rayon Təhsil şöbəsinin, daha sonra isə Regional Təhsil İdarəsinin rəhbəri vəzifəsində işləyib. 2017-2023-cü illəri əhatə edən bu müddət ərzində o, bir sıra qanunsuz əməllər törədib. R. Hacıyev müqavilələrin müddətinin uzadılması, orta məktəb direktoru vəzifəsinə təyin edilməsi, təhsil müəssisələrində yoxlamaların aparılmaması və ümumi himayədarlıq kimi işlər üçün ayrı-ayrı şəxslərdən şəxsən rüşvət alıb. Əldə etdiyi ümumi qanunsuz pul vəsaiti 65 min manatdan çox olub.
Bundan əlavə, R. Hacıyev Hesablama Palatasının Sosial sahələrin auditi şöbəsində sektor müdiri olan İntiqam Hacıyev tərəfindən 20 min manat məbləğində rüşvət alınmasına vasitəçilik edib. Ona qarşı irəli sürülən digər əsas ittiham isə qanunsuz yolla əldə etdiyi vəsaitlərin leqallaşdırılması idi. İstintaq müəyyən edib ki, o, 175 min manatdan artıq pulu yaxınlarının adlarından istifadə edərək fərqli maliyyə əməliyyatları ilə təmizləməyə çalışıb. Toplanmış sübutlara əsasən, Rüfət Hacıyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 311.3.2, 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olundu və barəsində həbs qətimkan tədbiri seçildi. İntiqam Hacıyev isə vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma ittihamları ilə ev dustaqlığına məhkum edilmişdi.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

MN-nin sabiq vəzifəlilərinə hökm oxundu
Bugun.az
I Quba Kitab Sərgisi öz işinə başlayıb
Azəri Xəbər

“Azəriqaz” İB-də yeni
Son Xeberler

Azərbaycanda rüşvət alan rəis həbs edildi
Bugun.az

Gədəbəyin icra başçısının sabiq müavini və tanışın...
Azəri Xəbər
Narkoloji Mərkəzin həbsdə olan sabiq baş direktoru...
Azəri Xəbər



