🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə cəhddə və dövlətə xəyanətdə ittiham olunur - YENİLƏNİB

14.10.2025 18:37 14 baxış sayı 1 dəq. oxuma
Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə cəhddə və dövlətə xəyanətdə ittiham olunur - YENİLƏNİB

Ramiz Mehdiyevin hansı ağır cinayətlərdə ittiham edildiyi dəqiqləşib.


Məlumata görə, R. Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur:


1. 278.1 (Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər);


2. 274 (Dövlətə xəyanət);


3. 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri.


***


22:19 | Məhkəmə Qərarı


Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə açılmış cinayət işi üzrə yekun qərarını elan edib.


Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə istintaq orqanı tərəfindən verilmiş vəsatəti təmin edərək, onun haqqında 4 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.


Qeyd edək ki, R. Mehdiyev 1995–2019-cu illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edib.


Paylaş: