
"Regional" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Oktyabrın 24-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Regional" MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu istiqrazlar 1 milyon manat dəyərindədir. Onlar faizli, təmin edilməmiş və sənədsiz, adlı istiqrazlardır.
Məlumata görə, 10 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Hər birinin nominal dəyəri 100 manatdır. Bu qiymətli kağızlar 24 ay ərzində tədavüldə olacaq.
Onların illik gəlirliliyi 16 % təşkil edir. Faizlər aylıq olaraq ödəniləcək.
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC prosesin anderrayteridir. İstiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmayan şərtlə geri almaq öhdəliyini götürür.
Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Regional" BOKT-un istiqrazlarına 54 investor mara...
Azəri Xəbər
Mərkəzi Bank "Monetri" BOKT-u və onun vəzifəli şəx...
Azəri Xəbər
"Aqrarkredit" BOKT auditor seçib
Azəri Xəbər

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbləri a...
Azəri Xəbər

Azərbaycan 9 ayda dövlət istiqrazları üzrə ödənişl...
Azəri Xəbər

"Para" BOKT-dan ƏSF-yə ötürülmüş kreditlər üzrə öd...
Azəri Xəbər



