
"Rystad Energy" qarşıdakı 2 ildə neft qiymətləri üzrə proqnozunu verdi

Enerji sektorunda müstəqil tədqiqat və analitika ilə məşğul olan “Rystad Energy” şirkəti yaxın iki il üçün neft qiymətləri ilə bağlı proqnozunu verib.
Şirkətin Yaxın Şərq və Şimali Afrika regionu üzrə bölməsinin tədqiqatlar direktoru Aditya Sarasvat bildirir ki, neftin bir barrelinin orta qiyməti 60 dollar təşkil edəcək. Sarasvatın sözlərinə görə, bu rəqəm cari il üçün də doğrudur və növbəti il üçün də eyni proqnoz saxlanılır. O qeyd edir ki, bu qiymət mövcud tələb və təklif balansına əsaslanan fundamental göstəricilərdir.
Sarasvat bazarın müəyyən xarici amillərdən təsirlənə biləcəyini də qeyd edib. Məsələn, geosiyasi sarsıntılar və ya OPEC-in siyasətindəki dəyişikliklər qiymətlərə təsir göstərə bilər. Ancaq ümumilikdə, cari tələb və təkliflə birləşən fundamental amillər məhz 60 dollarlıq rəqəmi formalaşdırır. Tədqiqatlar direktoru həmçinin spot qiymətlərdə cüzi dalğalanmalar müşahidə edildiyini, lakin geosiyasi hadisələrin qiymət əlavələrini uzun müddət yüksək səviyyədə saxlaya bilmədiyini bildirib.
Bu vəziyyətə aid bir nümunə gətirən Sarasvat, İranda vəziyyətin gərginləşməsi zamanı qiymətlərin müvəqqəti yüksəldiyini, lakin sonradan yenidən aşağı düşdüyünü deyib. Başqa sözlə, hadisələr tədarük zəncirlərinə və ya tələbə birbaşa təsir etmədiyi halda, neft qiymətləri nisbətən sabit qalır. Proqnoza görə, bu sabitlik ən azı qarşıdakı iki il ərzində davam edəcək.
Əmək bazarı, məşğulluq və əmək haqları mövzularında ixtisaslaşmışam. Əhalinin rifahı ilə bağlı məsələlər vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Venesuelada neft hasilatının bərpası üçün 183 mily...
Azəri Xəbər

ABŞ Energetika Nazirliyi "Brent" neftinin qiyməti...
Azəri Xəbər

"S&P" Azərbaycanın 2025-2028-ci illər üzrə ÜDM ilə...
Azəri Xəbər

EIA Azərbaycanda neft hasilatı üzrə 2026-cı il pro...
Azəri Xəbər

Yaxın gələcəkdə "Black Sea Energy" layihəsinə yeni...
Azəri Xəbər

Dünya bazarlarında neft ucuzlaşıb
Azəri Xəbər




