
Sabirabadda ağır yol qəzası: bir nəfər həlak olub

Sabirabad rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib.
Məlumatda qeyd olunur ki, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndi ərazisində baş verib.
Kənd sakini, 1964-cü il təvəllüdlü Əbilov Hacı Gülağa oğlu idarə etdiyi “QAZ-3110” markalı nəqliyyat vasitəsini elektrik dirəyinə çırpıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Avtomobildə olan sərnişin, Əsgərbəyli kənd sakini, 1958-ci il təvəllüdlü Ağammədov Tofiq Hacıbala oğlu isə aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib (vəfat edib).
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində lazımi araşdırma tədbirləri görülür.
Etiketlər
Oxşar xəbərlər

Ermənilərin öldürdüyü və yaraladığı mülki şəxsləri...
Son Xeberler

Xudatda Ölümcül Qəza: Bir Nəfər Öldü, İki Nəfər Ya...
Bugun.az

Toy Karvanında Qəza: Bir Nəfər Ağır Yaralıdır
Bugun.az

Yaponiyada qar təmizləyərkən 60 nəfər həlak olub
Son Xeberler

Laçında ağır qəza -Ölənlər var
Bugun.az

DƏHŞƏTLİ QƏZA:
Son Xeberler