Sahibə Qafarova Parlamentlərarası İttifaqının 151-ci Assambleyasında müzakirələrə sədrlik edib

21.10.2025 11:25 7 baxış sayı 1 dəq. oxuma Trend
Sahibə Qafarova Parlamentlərarası İttifaqının 151-ci Assambleyasında müzakirələrə sədrlik edib

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqının (Pİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə Cenevrə şəhərində işgüzar səfərdədir. Azərbaycan Parlamentinin spikeri Assambleyanın bu gün davam edən müzakirələrinə rəhbərlik edib.


Verilən məlumata görə, həmin müzakirələrdə dünyanın bir sıra ölkələrinin parlament təmsilçiləri çıxış ediblər. Tədbirdə Avstraliya, Kolumbiya, Mozambik, Serbiya, Liviya, Finlandiya, Macarıstan, İspaniya, Türkiyə, Uruqvay, Belçika və digər ölkələrin nümayəndələri iştirak edib. Bütün bu parlament təmsilçiləri öz dövlətlərinin mövqelərini çatdırıblar.


Qeyd edək ki, Milli Məclisin sədri Assambleyanın əvvəlki günündə də çıxış etmişdi. O, "Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi" mövzusunda keçirilən müzakirələrdə iştirak edərək fikirlərini bildirmişdi.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: