
Şəkərin qiyməti son illərin ən aşağı həddinə düşüb

Dünyada şəkərin qiyməti bir neçə ilin ən aşağı səviyyəsinə enib. "Reuters" agentliyi bu barədə məlumat yayıb. Qiymətlərdəki bu əhəmiyyətli azalma bir neçə amillə əlaqələndirilir. Əsas səbəblərdən biri istehsalın stabil qalmasıdır.
Digər böyük təsir arıqlama dərmanlarının geniş yayılması ilə bağlıdır, çünki bu dərmanlar tələbin azalmasına səbəb olur. Bu cür dərmanların bazara girməsi şəkər istehlakına olan ehtiyacı azaldır, bu da birbaşa olaraq qiymətlərə təsir edir.
Qiymətlərin düşməsində mühüm rol oynayan digər bir amil Braziliyanın tanınmış konsaltinq şirkəti olan Datagro tərəfindən açıqlanan son proqnozdur. Şirkət ötən həftə qlobal bazara dair gözləntilərini yenidən nəzərdən keçirdi. Bu hesabat 2025/26-cı illər üçün bazarın vəziyyətini tamamilə dəyişdi. Əvvəllər bazarda 5 milyon tonluq defisit gözlənilirdi, lakin yeni proqnoza görə, qlobal bazarda artıq 1,98 milyon ton səviyyəsində qlobal şəkər profisiti yaranacaq. "Datagro"nun bu cür rəqəmləri investorların bazara olan baxışını dəyişdiyi üçün qiymət düşüşünü sürətləndirib.
Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər
"Reuters": Şəkərin qiyməti son illərin ən aşağı sə...
Azəri Xəbər

Azərbaycan nefti ucuzlaşdı
Bugun.az

Qızılın qiyməti uzun fasilədən sonra ilk dəfə ucuz...
Azəri Xəbər

Neft Qiyməti Yüksəldi
Bugun.az

Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Son Xeberler

Azərbaycan nefti cüzi bahalaşıb
Son Xeberler



