Səyahət imtiyazlı kartlar üzrə xüsusi təklif

28.11.2025 06:45 10 baxış sayı 2 dəq. oxuma Trend
Səyahət imtiyazlı kartlar üzrə xüsusi təklif

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha əlverişli şərtlərlə yararlanması üçün yeni kampaniya başladır. Bu xüsusi təklif noyabrın 27-dən dekabrın 5-dək qüvvədədir. Həmin müddətdə Bank Mastercard Black EditionVisa Infinite ödəniş kartlarının əldə olunması üçün tələb edilən birdəfəlik xidmət haqqına və ya kart hesabına ilkin mədaxil məbləğinə 60% endirim tətbiq edir. Bu addım premium xidmətləri əldə etməyi daha asanlaşdırır.


Premium seqmentə aid olan bu kartlar sahibinə dünyanın istənilən yerində yüksək xidmət səviyyəsi təqdim edir. Onlar səyahət və həyat tərzi üzrə geniş imtiyazlar, sığorta paketləri və konsyerj xidmətləri daxil olmaqla, bir çox eksklüziv üstünlüklər verir. Bu imtiyazlar sırasına hava limanına transfer, biznes zallara ziyarət imkanı və sürətli keçid kimi xidmətlər aiddir.


Xalq Bankın yeni və mövcud əmanət müştəriləri üçün daha böyük güzəşt nəzərdə tutulub. Bu müştərilər dekabrın 5-dək MC Black Edition və Visa Infinite ödəniş kartlarını birdəfəlik xidmət haqqına və ya ilkin mədaxil məbləğinə 70% endirimlə əldə edə bilərlər. Müştərilər bu kartları həm Bankın geniş filial şəbəkəsindən, həm də onlayn kanallar vasitəsilə sifariş edə bilirlər. Bakı ərazisində sifariş edilən kartlar üçün pulsuz çatdırılma xidməti aktivdir.


Qeyd edək ki, bu kart kampaniyası Xalq Bankın dekabrın 30-dək davam edən əmanət kampaniyası ilə eyni vaxta düşür. Müştərilər bu kampaniyadan yararlanaraq daha çox gəlir götürmək imkanı qazanırlar. Məsələn, “Müddətli” AZN əmanəti üzrə illik faizlər 3 ay üçün 8.5%, 6 ay üçün 10.5%, 12, 18, və 24 ay üçün 11% təşkil edir (minimal məbləğ 100 AZN). “Proqress” AZN əmanəti isə 12 ay üçün 10.75%, 24 ay üçün isə 11% illik faiz verir. Bu depozit növündə məbləği artırma imkanı var və minimal məbləğ 100 AZN-dir.


K
Bank sektoru müxbiri

Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.

Bütün məqalələrə baxın
Paylaş: