Slovakiyada iki qatar toqquşub, xəsarət alanlar var

09.11.2025 21:55 5 baxış sayı 1 dəq. oxuma Trend
Slovakiyada iki qatar toqquşub, xəsarət alanlar var

Slovakiyanın paytaxtı Bratislava yaxınlığında dəmir yolunda ciddi qəza baş verib. Burada iki qatar toqquşub. Bu hadisə nəticəsində xeyli sayda insan xəsarət alıb. Qəza barədə ilkin məlumatı TASR xəbər agentliyi yayıb.


Hadisə yerinə dərhal polis və təcili yardım xidmətləri cəlb edilib. Hazırda xilasetmə işləri və xəsarət alanlara yardım göstərilməsi davam edir. Yaralıların sayı çoxdur, lakin mümkün ölüm halları barədə hələ ki, rəsmi məlumat yoxdur. Səlahiyyətli orqanlar qatar qəzası ilə bağlı əlavə detalları açıqlamayıblar.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: