Tanınmış oftalmoloqla bağlı şikayət əsasında açılan cinayət işinə xitam verilib

28.11.2025 06:43 10 baxış sayı 2 dəq. oxuma APA
Tanınmış oftalmoloqla bağlı şikayət əsasında açılan cinayət işinə xitam verilib

Tanınmış oftalmoloq Cahid Şahbazovun etdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında başlanılmış cinayət işinə xitam verilib. Məlumatlara görə, bu qərar tərəflər arasında barışıq əldə edilməsi səbəbindən verilib. Həkimin zərərçəkən şəxsə kompensasiya ödədiyi bildirilir. Bu addım cinayət işinin dayandırılmasına səbəb olub.


Bu hadisə iyul ayında ictimaiyyətə məlum olmuşdu. O zaman Humay Əliyeva “Caspian İnternational Hospital”da oftalmoloq Cahid Şahbazov tərəfindən səhv diaqnoz qoyulması və uğursuz əməliyyat nəticəsində görmə qabiliyyətini itirdiyini iddia edirdi. Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi başlanmışdı. Bu maddə vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və fiziki şəxslərin hüquqlarına mühüm zərər vurulmasına səbəb olduqda tətbiq olunur. Cinayət Məcəlləsinin bu maddəsi Səhlənkarlıq kimi qiymətləndirilir.


Cahid Şahbazovun vəkili Asim Abbasov bu barədə əvvəl açıqlama vermişdi. O bildirib ki, müvəkkili cinayət məsuliyyətinə cəlb olunmayıb, yalnız fakt üzrə cinayət işi açılıb. Barışıq əldə edildiyi və həkim zərərçəkənə təzminat ödənilməsi səbəbindən hüquqi proses başa çatdı. Beləliklə, oftalmoloqa qarşı irəli sürülən iddialar məhkəmə instansiyalarına getmədən həllini tapmış oldu.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: