"Taxtakörpü" su anbarında meyit tapılıb

24.10.2025 10:46 11 baxış sayı 1 dəq. oxuma Report
"Taxtakörpü" su anbarında meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü su anbarında bir nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in müvafiq qrupları cəlb edilib. Bu məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu dərhal çağırış üzrə əraziyə yola düşüb.


Qrup əraziyə çatdıqdan sonra axtarış tədbirlərinə başlayıb. Həyata keçirilən tədbirlər nəticəsində cəsəd sudan çıxarılıb. Meyit daha sonra aidiyyəti üzrə müvafiq qurumlara təhvil verilib.


A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: