"Tottenhem”in hücumçusu klubunu dəyişə bilər

24.10.2025 16:15 8 baxış sayı 1 dəq. oxuma Trend
"Tottenhem”in hücumçusu klubunu dəyişə bilər

“Tottenhem”in hücumçusu Riçarlison Premyer Liqada klubunu dəyişməyə yaxındır. Xarici KİV-ə istinadən verilən xəbərlərə görə, braziliyalı forvardla onun sabiq komandası “Everton” ciddi maraqlanır.


Məlumata görə, “Tottenhem” qış transfer pəncərəsində futbolçunun satışına açıq mövqe tutub. Bu qərar "Everton"un keçmiş ulduzunu geri gətirmək şansını artırır. London klubu oyunçunun potensial transferindən gəlir əldə etmək niyyətindədir.


28 yaşlı hücumçu cari mövsümdə “Tottenhem”in heyətində cəmi 13 oyunda iştirak edib. Bu qarşılaşmalarda o, 3 qol və 1 assistlə yadda qalıb. Riçarlisonun “Tottenhem” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədər davam edir, lakin klubun satışa razılığı onun gələcəyinin qeyri-müəyyən olduğunu göstərir.


R
İdman redaktoru

Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: