
"Turan Tovuz" Premyer Liqada növbəti qələbəsini qazanıb

"Turan Tovuz" Misli Premyer Liqasında növbəti qələbəsini qazanaraq turnirdəki mövqeyini möhkəmləndirib. Komanda X tur çərçivəsində Tovuz şəhər stadionunda "Şamaxı" ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Turan Tovuz" xal ehtiyatını 21-ə çatdıraraq birinci pillədə qərarlaşıb. Məğlub olan "Şamaxı" isə 10 xalla doqquzuncu sıradadır.
Oyunun əsas hadisələri birinci hissənin sonu və ikinci hissənin əvvəlində yaşanıb. Əvvəlcə qonaqlardan Rikardo Apolinario 45-ci dəqiqədə penaltidən fərqlənib. Lakin Tovuz təmsilçisi fasiləyə getməmiş hesabı bərabərləşdirə bilib. 45+2-ci dəqiqədə Roberto Olabe tərəzinin gözünü bərabərləşdirən qolu vurub. İkinci hissənin başlamasından dörd dəqiqə sonra, yəni 49-cu dəqiqədə isə Joarlem Santos "Turan Tovuz" üçün həlledici qolu vurub. Bu, matçın yekun hesabı olub.
Misli Premyer Liqasında X tur çərçivəsində günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək. Tur noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekunlaşacaq. Əvvəlki oyunlarda isə maraqlı nəticələr qeydə alınıb. "Qarabağ" "İmişli"ni 2:0, "Zirə" "Karvan-Yevlax"ı 3:2, "Neftçi" isə "Kəpəz"i 5:1 hesabı ilə məğlub edib.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Turan Tovuz" qələbə qazandı
Bugun.az

“Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub
Bugun.az

"Turan Tovuz" "Zirə" qarşılaşdı
Bugun.az
"Arsenal" bu mövsüm ardıcıl 5-ci qələbəsini qazanı...
Azəri Xəbər
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Karvan-Yevlax...
Azəri Xəbər
Abdullah Zubir Premyer Liqada 50-ci qolunu vurub
Azəri Xəbər



