Türkiyə Prezidenti sosial şəbəkə hesablarında Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

08.11.2025 11:45 5 baxış sayı 1 dəq. oxuma Trend
Türkiyə Prezidenti sosial şəbəkə hesablarında Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edərək Azərbaycan xalqını təbrik edib.


Prezidentin müraciətində Qarabağın 30 illik işğalına son qoyan möhtəşəm və misilsiz bir qələbənin 5-ci ildönümündən bəhs olunur. Ərdoğan bu münasibətlə Vətən müharibəsində şəhid olan bütün qəhrəmanları və Azərbaycanın igid övladlarını rəhmətlə yad etdiyini bildirib.


Türkiyə Prezidenti paylaşımının sonunda "Azərbaycan xalqını Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm" sözlərini yazıb.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: