Türkiyədə 120 nəfər qidadan zəhərlənib

27.11.2025 18:56 12 baxış sayı 1 dəq. oxuma Report
Türkiyədə 120 nəfər qidadan zəhərlənib

Türkiyənin paytaxtı Ankara şəhərində kütləvi qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Ümumilikdə 120 nəfər insan yedikləri qidadan sonra özlərini pis hiss edib.


Türkiyə KİV-i bu barədə məlumat yayıb. Bildirilib ki, hadisə Ankaranın Sincan rayonunda baş verib və zəhərlənən şəxslər inşaat işçiləri olublar. Onlar yemək şirkətlərinin birindən sifariş etdikləri qidaları yedikdən qısa müddət sonra xəstəlik əlamətləri göstərməyə başlayıblar.


Zəhərlənmənin ardınca, zərərçəkən 120 nəfərin hamısı dərhal xəstəxanaya yerləşdiriliblər. İşçilərin səhhəti nəzarət altına alınıb. Hazırda hadisə ilə bağlı geniş araşdırma aparılır. Səlahiyyətli orqanlar zəhərlənməyə səbəb olan qidanın mənbəyini və keyfiyyətini təyin etməyə çalışırlar.


E
Elm müxbiri

Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: