“Uilyams” komandası 2026-cı ildən yeni ad və loqo ilə çıxış edəcək

04.11.2025 02:45 8 baxış sayı 1 dəq. oxuma Trend
“Uilyams” komandası 2026-cı ildən yeni ad və loqo ilə çıxış edəcək

“Formula-1” yarışlarında mübarizə aparan Uilyams komandası 2026-cı il mövsümündən etibarən adını və loqosunu dəyişəcəyini açıqlayıb. Bu barədə komandanın mətbuat xidməti rəsmi məlumat yayıb. Hazırda tam adı “Atlassian Williams Racing” olan kollektiv 2026-cı ildən etibarən fərqli bir brend adı ilə çıxış etməyə hazırlaşır.


Verilən məlumata əsasən, 2026-cı ildən komanda “Atlassian Williams F1 Team” adını daşıyacaq. Bu ad dəyişikliyi ilə yanaşı, komandanın mövcud “W” hərfi formasında olan loqosu da yenilənmiş formada təqdim olunacaq. Beləliklə, kollektiv növbəti böyük dəyişikliklərə yeni loqo ilə qədəm qoyacaq.


S
Şahmat müxbiri

Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.

Bütün məqalələrə baxın
Paylaş: