
Unay Emeri "Aston Villa"nın rekordçusu olub

Unay Emeri İngiltərənin "Aston Villa" klubunda Premyer Liqada qazandığı qələbələrin sayına görə rekordçu olub. Birmingem təmsilçisinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Mütəxəssis bu rekorda Premyer Liqanın XİV turunda nail oldu. Həmin turda "Aston Villa" səfərdə "Brayton"u 4:3 hesabı ilə məğlub etdi. İspan baş məşqçi bununla da "Aston Villa"nın sükanı arxasında 62-ci qələbəsini qazandı.
Emeri bu göstəricidə özündən əvvəlki rekordçuları, Con Qreqori və Martin Oneyli (hər ikisi 61 qələbə) geridə qoydu. Qeyd edək ki, "Aston Villa" İngiltərə Premyer Liqasında 14 turdan sonra 27 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Aston Villa" səfərdə qalib gəldi - Çempionlar Liq...
Bugun.az
"İnter" ingiltərəli müdafiəçini transfer etmək ist...
Azəri Xəbər

Çempionlar Liqasında həftənin rəmzi komandası açıq...
Bugun.az

Kris Sutton: Aston Villa-nın Uzaq Məsafədən Qol Vu...
Futbol Neticeleri

İngiltərə millisinin üzvü ilə yeni müqavilə imzala...
Azəri Xəbər
"Tottenhem" Emiliano Martinezi transfer etmək niyy...
Azəri Xəbər



