Vaşinqton razılaşmaları Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləməsi üçün aydın istiqamətlər müəyyənləşdirir - Fərhad Məmmədov

18.11.2025 07:45 12 baxış sayı 2 dəq. oxuma Trend
Vaşinqton razılaşmaları Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləməsi üçün aydın istiqamətlər müəyyənləşdirir - Fərhad Məmmədov

Vaşinqton razılaşmaları və birgə bəyanatlar Azərbaycanla Ermənistan arasındakı sülh prosesində növbəti addımlar üçün açıq istiqamətlər müəyyən edir.


Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin (CSSC) təsisçisi və rəhbəri Fərhad Məmmədov Bakıda keçirilən Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci forumunda çıxışı zamanı bu sənədlərin stabilliyi gücləndirdiyini və region üçün strateji üstünlüklər yaratdığını qeyd etdi. O, ABŞ-nin Bakı və İrəvan arasında vasitəçilik prosesinə qoşulmasının müsbət olduğunu vurğulayıb.


Məmmədovun sözlərinə görə, ABŞ-nin prosesə cəlb olunması 2020-ci il müharibəsinin əsas nəticələrinin tam reallaşmasına yol açır. Bu nəticələr Azərbaycanın ərazi bütövlüyünün bərpası, davamlı sülhün təmin edilməsi, ikitərəfli münasibətlərin normallaşdırılması və regional kommunikasiyaların açılması kimi məsələləri əhatə edir. Bu proseslər eyni zamanda ABŞ-yə yeni regional nizamda öz nüfuzunu təsdiqləmək üçün unikal imkanlar verir.


F.Məmmədov bildirib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda sabit və təhlükəsiz arxitekturanın yaradılmasında iştirak edə bilər. ABŞ-nin vasitəçiliyi sülh müqaviləsinin imzalanması və regionda uzunmüddətli sabitliyin bərqərar olması üçün müsbət zəmin yaradır.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: