"Villeroy & Boch" ilə Yeni il sehri!

25.11.2025 05:57 9 baxış sayı 3 dəq. oxuma Report
"Villeroy & Boch" ilə Yeni il sehri!

"Villeroy & Boch" şirkətinin məşhur "Toy's Delight" kolleksiyası bu Yeni ildə öz 15 illiyini qeyd edir. Bu kolleksiyanın bayram ruhu ilə dolu dizaynı on beş il ərzində çoxlu ailə hadisələrinin, tələsmədən yeyilən səhər yeməklərinin və dəbdəbəli bayram süfrələrinin ayrılmaz hissəsinə çevrilib. Bu dəst hər masanı qayğı ilə bəzəyərək, ailə üzvlərini bir araya gətirib; istilik, sevinc və birlik ab-havası yaradıb. Klassik qırmızı, yaşıl və ağ çalarları ilə "Toy's Delight" uşaqlıq xatirələrinin istiliyini və Yeni il ənənələrinin sehrini oyadan əsl bayram simvoludur.


Yubiley münasibətilə "Villeroy & Boch" uşaq oyuncaqlarının ecazkarlığını əks etdirən yeni yubiley kolleksiyası seriyasını təqdim edir. Santa-Klaus, Şelkunçik, Parovoz və yelləncək at kimi fiqurlar mövsümün qayğısız sevincini və oynaq ruhunu xatırladır. Onlar sanki bayram əhvali-ruhiyyəli nağıl səhifələrində canlanıblar. Bu kolleksiya həm nostalji hissləri, həm də müasir zərifliyi birləşdirir. O, adət edilmiş bayram anlarını uzun illər yadda qalacaq həqiqi xatirələrə çevirir.


Yubiley seriyasında xüsusi yer tutan eksklüziv advent təqvimi xüsusi diqqətəlayiqdir. Bu təqvimə "Toy's Delight" kolleksiyasından iyirmi dörd sürpriz daxildir, bunlardan 10-u yalnız təqvimin yubiley nəşrində əks olunub. Belə bir hədiyyə dekabr ayını sehrli hala gətirir, bayram gözləntisini əsl təntənəyə çevirir. Bundan başqa, kolleksionerlər hər il çıxan məhdud kolleksiyanı, yəni Santanı Şimal qütbündən gətirən Qütb ekspresinin əhvalatından bəhs edən seriyanı da səbirsizliklə gözləyirlər.


2025-ci il üçün hazırlanan bu məhdud seriyanın dekorasiyaları retro-albomlardan ilhamlanıb. Onlar xüsusi dəqiqliklə rəqəmsal formaya salınıb. Təməl hissəsini qızılı möhür bəzəyən hər bir predmet zərif hədiyyə qutusuna yerləşdirilib. Bu xüsusiyyətlər onu yalnız bu il əlçatan olan dəyərli suvenirə çevirir. "Villeroy & Boch"un bayram kolleksiyaları Yeni il süfrəsini incəlik və istilik dolu bir ab-hava ilə əhatə edir. O, yaxın adamların qiymətli xatirələrə çevriləcək anları bölüşməsinə şərait yaradır.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: