Xaçmaz rayonunda 1 Noyabr – “Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub (FOTO)

01.11.2025 08:35 6 baxış sayı 2 dəq. oxuma Trend
Xaçmaz rayonunda 1 Noyabr – “Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub (FOTO)

Xaçmaz rayonunda 1 Noyabr – “Kənd təsərrüfatı işçiləri günü” münasibətilə geniş tədbir keçirildi. Tədbirə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat rəhbərləri, eləcə də kənd təsərrüfatı işçiləri və fermerlər qatıldılar.


Mərasim iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Onlar ulu liderin xatirəsini ehtiramla yad etdikdən sonra rəsmi hissəyə başladılar. Bu bayram tədbiri barədə məlumat Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən yayılıb.


Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək kənd təsərrüfatının ölkə iqtisadiyyatının strateji sahələrindən biri olduğunu vurğuladı. O bildirdi ki, bu sektor ərzaq təhlükəsizliyinin təmin olunmasında, ixrac imkanlarının genişləndirilməsində və bölgələrin inkişafında mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin apardığı aqrar islahatlar və göstərilən dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında müasir yanaşmalar formalaşıb.


Elnur Rzayev, həmçinin Xaçmaz rayonunda kənd təsərrüfatı sahəsindəki irəliləyişlərə toxundu. O qeyd etdi ki, rayonda intensiv meyvə bağlarının sahəsi ildən-ilə artır. Yeni təsərrüfatlar və emal müəssisələri yaradılır. Digər çıxış edənlər də dövlət dəstəyinin və subsidiya mexanizmlərinin, o cümlədən yeni texnologiyaların tətbiqinin məhsuldarlığa müsbət təsir göstərdiyini bildirdilər. Tədbirin sonunda kənd təsərrüfatı sahəsində xüsusi fərqlənən bir qrup əməkdaşa Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: