Xəzərin dibi ilə fiber-optik kabelin çəkilməsinə gələn ilin yayında başlanılacaq

17.11.2025 09:56 10 baxış sayı 2 dəq. oxuma Report
Xəzərin dibi ilə fiber-optik kabelin çəkilməsinə gələn ilin yayında başlanılacaq

Qazaxıstandan Azərbaycana Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi işlərinə gələn ilin yay aylarında başlanması nəzərdə tutulur. Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Saməddin Əsədov jurnalistlərə açıqlamasında bu məlumatı təsdiqləyib.


Nazir müavini layihənin icra müddəti barədə də məlumat verib. Onun sözlərinə görə, kabelin çəkilişi üzrə işlərin tam yekunlaşması və sistemin istifadəyə verilməsi 2026-cı ilin sonuna qədər planlaşdırılır. Hazırda bu layihədə ciddi irəliləyişlər var. Xəzər dənizində fiber-optik kabelin keçəcəyi dib ərazisində marşrutun analizləri artıq yekunlaşıb. Yaxın zamanlarda bu işləri həyata keçirən şirkət layihənin hesabatını operatorlara və iştirakçılara təqdim edəcək. Həmçinin Xəzər dənizinin altından çəkiləcək fiber-optik kabelin istehsalı üzrə də hazırlıq işlərinə başlanılıb. Kabelin istehsal prosesi 2026-cı ilin yay aylarına qədər bitməlidir.


Bu kabel rabitə əlaqəsinin yaradılması baxımından böyük bir rəqəmsal dəhlizin əhəmiyyətli parçasıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi layihənin operatorlarına dəstəyini davam etdirir. Nazirlik hesab edir ki, bu rabitə əlaqəsinin qurulması ölkəmizin regionda mövqeyini gücləndirəcək. Yaxın gələcəkdə Azərbaycan regional müstəvidə İKT sahəsində mərkəzə (haba) çevrilməsində bu kabel sistemi əhəmiyyətli rol oynayacaq. Bu infrastruktur həm də süni intellektin istifadə olunması sahəsində ölkənin inkişafına təsir göstərəcək.


N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: