
Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç olub (FOTO) (YENİLƏNİB)
Noyabrın 14-də növbəti köç karvanı Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb. Doğma yurdlarına qayıdan ailələr bərpa edilmiş evlərinin açarlarını təhvil alaraq dərhal məskunlaşıblar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə, bu mərhələdə Şuşakəndə 19 ailə, yəni 55 nəfər köçürülüb. Xanyurdu kəndinə isə 12 ailə - 34 nəfər geri qayıdıb. Köçürülən ailələr uzun illərdir respublikanın fərqli bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardır.
Şuşakənd və Xanyurduya qayıdan sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində rəsmi şəxslər iştirak ediblər. Xidmətin icraçı direktor müavini Mahmud Əfəndiyev sakinləri Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını qeyd edib. Kəndlərdə bütün zəruri sosial infrastruktur, o cümlədən yol, su, işıq, qaz və digər kommunal xidmətlərin tam şəkildə təmin edildiyi bildirilib. Sakinlər isə doğma ocaqlarına qayıtmağın sevincini bölüşərək, həmçinin torpaqları azad edən Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Bu köçlə birlikdə, Xanyurdu kəndinə 99 ailə, yəni 340 nəfər, Şuşakəndə isə 61 ailə - 230 nəfər bərpa edilmiş evlərə qayıtmış oldu.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Xocalının Xanyurdu və Şuşakənd kəndlərinə növbəti...
Azəri Xəbər

Xocalının Təzəbinə və Şuşakənd kəndlərinə növbəti...
Azəri Xəbər

Növbəti köç karvanı Xocalının Şuşakənd kəndinə çat...
Azəri Xəbər

Daha 61 ailə doğma yurda yola salındı -YENİLƏNİB
Bugun.az

Daha 61 ailə doğma yurda yola salındı
Bugun.az

Ağdərəyə növbəti köç karvanı yola salındı
Bugun.az



