
Xorvatiya Azərbaycandan neft idxalını cüzi azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Xorvatiyaya 998 min 469,6 ton xam neft ixrac edib.
Dövlət Gömrük Komitəsinə istinadən verilən məlumata görə, bu həcmdə məhsulun dəyəri 537 milyon 768,3 min ABŞ dolları təşkil edib.
İxrac olunan məhsulun miqdarı 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 0,7 % azalıb. Dəyər isə 14,2 % aşağı düşüb.
Xorvatiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 5,9 % təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu ixracın həcmi 16 milyon 996 min 208,5 ton olub, dəyəri isə 8 milyard 938 milyon 864,6 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Xorvatiya Azərbaycandan neft idxalını azaldıb
Bugun.az

Yunanıstan Azərbaycandan neft idxalını artırıb
Azəri Xəbər

Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI
Azəri Xəbər

Azərbaycan Tunisə neft ixracını azaldıb
Bugun.az

Azərbaycandan Portuqaliyaya neft ixracı artıb
Azəri Xəbər

Azərbaycan Fransaya neft ixracını 84 %-dən çox art...
Azəri Xəbər