
Xüsusi icra məmuru vəzifəsi üçün müraciətlərə baxılma qaydası təsdiq edilib

Ədliyyə naziri Fərid Əhmədov xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydasını təsdiqləyən müvafiq qərar imzalayıb. Bu Qaydaya uyğun müraciət edən namizədlər ümumi siyahıya salınır.
Hər bir namizədə müsabiqə və onun keçirilməsi haqqında məlumatları özündə əks etdirən "Yaddaş kitabçası" verilir. Anonimliyi qorumaq məqsədilə siyahıya salınmış hər bir şəxs rəqəmlərlə ifadə olunan şəxsi eyniləşdirmə kodu alır. İmtahan zamanı yalnız bu koddən istifadə edilir.
İmtahandan azı iki gün əvvəl hər bir namizədə fotoşəkli olan buraxılış vərəqəsi təqdim edilir. İmtahanın elanında buraxılış vərəqəsinin veriləcəyi tarix mütləq göstərilməlidir. Buraxılış vərəqəsində namizədin şəxsi kodu, imtahanın yeri, tarixi, saatı, habelə auditoriya, sıra və yer nömrəsi qeyd olunur.
İmtahandan uğurla keçən və müsahibədə iştirak etmək istəyən şəxslərin sənədlərinin tamlığı və ərizədəki məlumatlara uyğunluğu yoxlandıqdan sonra qeydiyyat aparılır. Natamam və ya Qaydaya uyğun olmayan sənədlər qəbul edilmir. Əgər sənədlərdə sonradan çatışmazlıqlar aşkar edilərsə, namizədə beş iş günü ərzində bu barədə məlumat verilir. Namizəd çatışmazlıqları aradan qaldırdıqdan sonra, sənədləri müəyyən edilmiş qəbul müddətində yenidən təqdim edə bilər.
Əgər sənədlərin qəbulu müddətinin bitməsinə beş iş günü və ya daha az müddət qalmışdısa, çatışmazlıqlar namizədə məlumat verildiyi gündən başlayaraq beş iş günü ərzində aradan qaldırılmalıdır. Qəbul müddəti başa çatdıqdan sonra təqdim olunan sənədlər qəbul edilmir (göstərilən müddətdə poçta verilmiş sənədlər istisna olmaqla). Təqdim edilmiş sənədlər Müsabiqə Komissiyası tərəfindən yoxlanılır və yoxlamanın nəticəsinə əsasən namizədlər müsahibəyə buraxılır.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsa...
Azəri Xəbər
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürü...
Azəri Xəbər

Əli Əsədovdan əlilliyi olan şəxslərin təminatı ilə...
Son Xeberler

Əli Əsədov NK-nın üç qərarını ləğv etdi
Bugun.az

Baş Nazirdən VACİB QƏRAR -
Son Xeberler

Siyavuş Novruzovla bağlı YAP-dan
Son Xeberler



