Yessenov Universitetində Zəfər Gününə həsr olunan açıq dərs keçirilib

10.11.2025 21:45 5 baxış sayı 2 dəq. oxuma Trend
Yessenov Universitetində Zəfər Gününə həsr olunan açıq dərs keçirilib

Qazaxıstanda fəaliyyət göstərən Yessenov Universitetində 8 Noyabr – Azərbaycanın Zəfər Gününə həsr edilmiş xüsusi bir açıq dərs keçirilib. Tədbirin məqsədi xalqımızın qəhrəmanlıq ruhunu yaşatmaq və ədalətin bərpasının əhəmiyyətini vurğulamaq idi. Bu dərs zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.


İştirakçılara Azərbaycanın qəhrəmanlıq ruhuna həsr olunan videoçarx təqdim olunub. Universitetin Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov tədbirin açılışında çıxış edib. O, Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətini qeyd edib, bu günün xalqımızın qüdrət, birlik və ədalət rəmzinə çevrildiyini bildirib. Direktorun sözlərinə görə, tələbələrdə vətənpərvərlik ruhunun aşılanması, milli kimliyin və tarixin təbliği mərkəzin əsas fəaliyyət istiqamətlərindən biridir.


Görüşün xüsusi məqamlarından biri Vətən müharibəsinin iştirakçısı, universitet tələbəsi Vüsal Məhərrəmlinin çıxışı olub. O, şəxsi xatirələrini bölüşərək gənc nəsli vətənə məhəbbət, dözüm və sülhə inam duyğularına səsləyib. Onun səmimi və ruhlandırıcı çıxışı iştirakçılarda böyük təəssürat yaradıb. Gənclər sonda diqqətə çatdırıblar ki, Zəfər Günü təkcə şanlı keçmişin xatirəsi deyil, həm də azad və firavan Azərbaycanın gələcəyi qarşısında məsuliyyət hissidir.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: