Zaur Əliyev: Xidmətlər Zərfində olmayan bəzi xəstəliklərin də siyahıya salınması üçün işlər görülür

30.10.2025 07:26 6 baxış sayı 1 dəq. oxuma Report
Zaur Əliyev: Xidmətlər Zərfində olmayan bəzi xəstəliklərin də siyahıya salınması üçün işlər görülür

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, hazırda İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil edilməyən bəzi xəstəliklərin də siyahıya əlavə olunması üçün işlər görülür. Zaur Əliyev bu barədə 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin ("Medinex 2025") rəsmi açılış mərasimində danışıb.


O, Agentliyin fəaliyyəti və əməkdaşlığın güclənməsi haqqında da məlumat verib. Onun sözlərinə görə, hazırda 200-dən çox tibb müəssisəsi Dövlət Agentliyi ilə əməkdaşlıq üçün müqavilə bağlayıb. Əliyev qeyd edib ki, bu işə başladıqda müəssisələrin sayı təxminən 20-yə yaxın idi. Bu rəqəmin artması əməkdaşlığın güclənməsindən xəbər verir və Agentliyin təsir dairəsinin genişləndiyini göstərir.


E
Elm müxbiri

Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: