Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub

08.11.2025 19:05 6 baxış sayı 2 dəq. oxuma Trend
Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub

Noyabrın 8-də axşam saatlarında Bakıda, Dənizkənarı Milli Parkında Zəfər Günü münasibətilə bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil olunub. Bu böyük tədbirə paytaxt sakinləri ilə yanaşı, Bakı qonaqları da böyük maraqla qatılıblar. Konsert və atəşfəşanlıq günü-gündən gözəlləşən paytaxtda xüsusi bayram ab-havası yaradıb.


Şəhər 44 günlük Vətən müharibəsinin beşinci ildönümü şərəfinə geniş şəkildə bəzədilmişdi. Paytaxt, o cümlədən Dənizkənarı Milli Parkı, eləcə də şəhərin digər parkları və mərkəzi küçələri bu münasibətlə xüsusi hazırlanmışdı. Binalar və evlərin eyvanları Azərbaycan bayrağı ilə bəzədilib.


Həmçinin, şəhər boyu yerləşdirilmiş bilbordlarda, monitorlarda və bannerlərdə “Xarıbülbül” nişanı və Qələbə şüarları əks olunmuşdu. Bayram konsertindən sonra baş tutan atəşfəşanlıq qalib ölkənin səmasını al-əlvan rənglərə boyadı. Möhtəşəm atəşfəşanlıq şənliyə gələn insanlar tərəfindən xüsusi coşğu ilə qarşılanıb və bayram tədbirlərinə yaddaqalan bir yekun vurulub.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: