
Zəfər Günü Strasburqda təntənə ilə qeyd olunub (FOTO)

Vətən müharibəsində qazanılan tarixi zəfərin beşinci ildönümü münasibətilə Strasburqda təntənəli tədbir keçirilib. Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi bu tədbiri təşkil etdi. Fransanın Strasburq şəhəri və ətraf bölgələrində yaşayan soydaşlarımız da tədbirə qatıldı. Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Avropa Şurası yanında daimi nümayəndə, səfir Fəxrəddin İsmayılov tədbir iştirakçıları qarşısında çıxış etdi. O bildirdi ki, 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı qələbə Azərbaycan xalqının milli gücünün və birliyinin əbədi rəmzidir. Səfir xatırlatdı ki, 30 ilə yaxın davam edən işğal dövründə xalqımız böyük sınaqlardan keçdi. Qarşılaşdığımız haqsızlıq və məruz qaldığımız iztirablar millətimizin iradəsini sındıra bilmədi, işğal olunmuş torpaqlara, Qarabağa dönmək arzusu və inamını heç zaman əlindən ala bilmədi.
F. İsmayılov vurğuladı ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli ordunun misilsiz qəhrəmanlığı, şəhidlərin canı və qanı, xalqımızın sarsılmaz birliyi sayəsində işğala son qoyuldu. Səfir əlavə etdi ki, 2023-cü ilin sentyabr ayında fədakar silahlı qüvvələrimiz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə növbəti dəfə qəhramanlıq göstərdi və Azərbaycan torpaqlarında erməni separatizminin birdəfəlik axırına çıxıldı. O, ötən beş il ərzində dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda apardığı geniş quruculuq işləri barədə məlumat verdi.
Səfir İsmayılov qeyd etdi ki, minlərlə keçmiş məcburi köçkün artıq öz doğma yurdlarına qayıdıb. Hal-hazırda 60 mindən çox soydaşımız azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Tədbir daha sonra mədəni proqramla davam etdi. Azərbaycanlı musiqiçi Kamran Qaralov xüsusi musiqi proqramı təqdim etdi. Eyni zamanda, tədbir boyu iştirakçılara Zəfər Gününə həsr olunan xüsusi videoçarxlar nümayiş etdirildi.
Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib
Azəri Xəbər

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub - VİD...
Azəri Xəbər

Türkiyə XİN Zəfər Günü ilə bağlı paylaşım edib
Azəri Xəbər

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə pay...
Azəri Xəbər

Zəfər günü və Dövlət bayrağı günü ilə əlaqədar ard...
Azəri Xəbər

Naxçıvanda Zəfər Gününə həsr olunan konsert keçiri...
Azəri Xəbər



