Zəngilana daha 41 ailə yola salınıb - YENİLƏNİB - FOTO

14.11.2025 03:13 7 baxış sayı 2 dəq. oxuma APA
Zəngilana daha 41 ailə yola salınıb - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı davam edir. Bu gün Zəngilan rayonunun Ağalı kəndinə daha 41 ailə, ümumilikdə 110 nəfər daimi məskunlaşmaq üçün yola salındı.


Köçürülən ailələr respublikanın fərqli yerlərində müvəqqəti məskunlaşmışdılar. Onlar əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda yaşayırdılar. Bu köç çərçivəsində Ağalıya yola düşən 110 nəfərin haradan gəldiyi də dəqiqləşib: Bakı şəhərindən 29 ailə (79 nəfər), Abşeron rayonundan 5 ailə (13 nəfər), Sumqayıt şəhərindən 5 ailə (12 nəfər), Biləsuvar rayonundan 1 ailə (3 nəfər) və Sabirabad rayonundan 1 ailə (3 nəfər) öz doğma yurdlarına qayıdırlar.


Doğma Ağalı kəndinə qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən qəhrəman Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Zəngilan rayonuna qayıdanların sayı getdikcə artmaqdadır.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: