
Azəri Xəbər
2 abunə
Zərdab rayonunda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi
15.10.2025 11:37
6 baxış sayı
1 dəq. oxuma

Zərdabda qəsdən yanğın törədərək ətraf mühitə ziyan vuran şəxs polis tərəfindən müəyyən edilərək qanuni məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Regional Qrupu məlumat yayıb ki, Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində yanğın hadisəsi törətdiyindən şübhəli bilinən şəxs polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tapılıb.
Aparılan araşdırmalarla məlum olub ki, hadisəni kənd sakini F. Rəsulov törədib. Onun əməlləri nəticəsində 1 hektar sahədə olan quru ot örtüyü və kol-kos yanıb külə dönüb.
Ekoloji fəlakətə səbəb olan həmin şəxs barəsində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq lazımi tədbirlər görülüb.
Oxşar xəbərlər

Ağdamda yanğın törədən şəxs saxlanıldı
Bugun.az
14
23/08 14:25

Ağsuda məişət tullantıları yandıran şəxs yanğına...
Bugun.az
11
10/08 07:25

Bu rayonda əməliyyat keçirildi -Saxlanılan var
Bugun.az
1
14/08 06:25

Azərbaycanda meşə ərazisində yanğın başladı
Son Xeberler
644
16/06 14:30

Sabunçuda yanğın oldu
Bugun.az
38
09/07 07:25

SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın -
Son Xeberler
1,066
03/02 08:49