Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

16 yaşlı qızı qaçırdığı deyilən axund barədə qərar verildi

24.06.2025 19:25 31 baxış sayı 1 dəq. oxuma Metbuat
16 yaşlı qızı qaçırdığı deyilən axund barədə qərar verildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu qərar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli qərarı ilə təsdiqlənmiş "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nın 8.1.9-cu bəndinə əsasən verilib.

Həmin bəndə görə, din xadimi mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə və din xadiminin fəaliyyətinə zidd hərəkətlərə yol verdikdə, vəzifəsindən uzaqlaşdırıla bilər.

Xatırladaq ki, Turab Tahirovun adı 16 yaşlı qızın qaçırılması ilə bağlı iddialarda hallandırılırdı.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: