
2025-ci ilin ən az iş saatı olan ayı oldu

2025-ci ilin mart ayında qeyri-iş günlərinin çoxluğu səbəbindən iş vaxtı norması əhəmiyyətli dərəcədə azalır.
Metbuat.az-ın məlumatına görə, beşgünlük iş həftəsi üçün 12 tam iş günü (8 saatlıq) və 2 qısaldılmış iş günü (7 saatlıq) nəzərdə tutulur. Bu da ümumilikdə 110 saat iş deməkdir.
Qeyd edək ki, mart ayında qeyri-iş günləri arasında 8 Mart – Qadınlar Günü, 20-24 mart – Novruz bayramı və 30-31 mart – Ramazan bayramı var. Bundan əlavə, iş və istirahət günlərinin yerləri dəyişdirildiyi üçün ardıcıl 12 gün qeyri-iş günü olacaq.
Beləliklə, bu ayda iş saatlarının az olması çalışanlar üçün əlavə istirahət imkanı yaradır.
Onu da əlavə edək ki, bu il ən çox çalışacağımı aylar iyul və oktyabr olacaq. Həmin aylarda iş günləri 184 saat olacaq.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Ardıcıl 6 gün iş OLMAYACAQ
Xəbər Anı

2025-ci ilin Yanvarında Netflix-də Nələr Gözlənili...
Texnologiya xəbərləri

Xbox 2025-ci ildə yeni oyunlarını təqdim edəcək
Texnologiya xəbərləri

Komendant saatının ləğvi ilə bağlı
Son Xeberler

Dolların məzənnəsi ilə bağlı proqnoz açıqlandı
Bugun.az

“Qiyamət saatı”na müdaxilə edildi
Bugun.az