
5 hərbçinin həlak olduğu qəza necə baş verib? - Detallar

Bakı-Qazax-Gürcüstan avtomagistralının Tovuz rayonunun ərazisindən keçən hissəsində 5 hərbçi və 1 mülki şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Metbuat.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, qəzanın baş verdiyi ərazi birtərəfli yol olsa da, nəqliyyat vasitələrindən biri qarşı tərəfdən hərəkət etdiyindən qəza qaçılmaz olub.
"Biz avtobusla Bakıdan gəlirdik. Birdən sürücü qışqırdı ki, üstümüzə əks istiqamətdə maşın gəlir. Avtobusu çəkdi sağa, sonra manevr etdi, maşın yanımızdan keçib getdi. Bir də eşitdik ki, həmin avtomobil qəzaya uğrayıb", - hadisə şahidi İqbal İsmayılzadə deyib.
Onun sözlərinə görə, avtobusda 40-dan çox sərnişin olub.
Ətraflı Baku tv-nin süjetində:
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Türkiyəyə məxsus hərbi təyyarədə həlak olan 20 hər...
Azəri Xəbər

Türkiyə Müdafiə Nazirliyi Gürcüstandakı təyyarə qə...
Azəri Xəbər

Rusiya və Ukrayna arasında hərbçi meyitlərinin müb...
Azəri Xəbər
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında...
Azəri Xəbər

Ərdoğan təyyarə qəzasında həlak olan hərbçinin ata...
Azəri Xəbər

Həlak olanlardan 20-ci hərbçinin cəsədi də tapıldı
Bugun.az


