Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​“8 yaşlı uşaq mənə dərs keçdi” - Arda Turan

18.11.2025 07:52 11 baxış sayı 2 dəq. oxuma Metbuat
​“8 yaşlı uşaq mənə dərs keçdi” - Arda Turan

“Şaxtyor”un baş məşqçisi Arda Turan Ukraynada çalışarkən qarşılaşdığı böyük çətinliklərdən bəhs edib. Məşqçi “Sky Sports”a verdiyi müsahibədə bildirib ki, komanda matça gecə baş verən güclü bombardmandan sonra çıxmalı olub. O, komandanın oynamazdan əvvəl yaşadığı gözlənilməz vəziyyətlə bağlı danışıb. Turan qeyd edib ki, əvvəlcədən görmək mümkün olmayan bir hal yaşandı. “LNZ Çerkası”ya məğlubiyyətdən bir gecə əvvəl əraziyə bombalar atılırdı. Biz məcburən bunkerə getdik. Həmin vaxt bərk qorxmuşduq, o gecə yata bilmədik və sabah hansı şəraitdə oynayacağımızı bilmirdik.


Arda Turan həmin kritik matçda məğlubiyyətə görə çox kədərləndiyini deyib. Lakin bu məğlubiyyətdən sonra soyunub-geyinmə otağına qeyri-adi bir qonaq gəldi. Bu, evi bombalanarkən xəsarət alan və 35 dəfə əməliyyat keçirmiş “Şaxtyor”un balaca azarkeşi Roman idi. Arda bu uşağın ona yaxşı mənada böyük bir həyat dərsi verdiyini söyləyib.


Turan uşağın ona dediyi sözləri belə çatdırıb: "Mənə dedi ki, üzülmə. Həyatda yaxşı günlər də olur, pis günlər də. Sən sadəcə davam etməlisən”. Bu sözlər 35 dəfə əməliyyatdan keçmiş 8 yaşlı bir uşağın ona verdiyi dərs idi. Baş məşqçi bu hadisəni çətin anlarda irəliləmək üçün ən vacib motivasiya mənbələrindən biri kimi xatırlayıb.


E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: