
93 yaşlı qadın cavan qalmağının sirrini açdı

Florida ştatında yaşayan 93 yaşlı Kris Meyer cəlbedici görünüşü və gümrahlığı ilə diqqət mərkəzindədir. O, uzun ömür sürməyin və cavan qalmağın sirlərini açıqlayıb. Qeyd edək ki, Kris Meyer heç vaxt ciddi dieta saxlamayıb.
Xanım Meyer səhərlər bir fincan kofe içir, naharda adətən yumurta yeyir. Onun şam yeməyi menyusuna qırmızı ət və balıq daxildir. O, fərqli qida məhsullarından da istifadə edir və deyir ki, özünü heç vaxt yeməklərə tamarzı qoymayıb. Yeganə fərq ondadır ki, axşam yeməyini bir qədər erkən yeyir. 93 yaşlı ABŞ sakini həmişə gülümsəyir və bildirir: "Çalışıram ki, üzümdən heç vaxt təbəssüm əskik olmasın."
Kris Meyerin həyatı asan keçməyib, o, yaşadığı enişli-yoxuşlu illərdən danışıb. O, 33 yaşında ərindən boşandıqdan sonra tək qalıb. Buna baxmayaraq, o, sosial problemlərin onu iztiraba sürükləməsinə imkan verməyib. Xanım Meyer bu uzun ömründə yaşadığı ən sarsıdıcı hadisənin 19 yaşlı nəvəsinin qəfil ölümü olduğunu bildirib. Bu hadisə onu çox kədərləndirsə də, o, həyatdan əlini üzməyib. Əksinə, ən çətin günlərdə qızına güclü dəstək olub. O, vaxtaşırı həkim müayinəsindən keçdiyini vurğulayıb və bunun çox vacib olduğunu qeyd edib.
93 yaşlı qadın cavan qalmağının ən təsirli sirrini isə zehniyyətində görür. O bildirib: "Məndən soruşsanız ki, neçə yaşın var, dərhal belə cavab verərəm: 39. Qocalığı heç vaxt özümə yaxın buraxmıram." Kris Meyer gənclik illərində otelçilik fəaliyyəti ilə məşğul olub və reklam şirkətində məsul vəzifələr tutub. Bu aktiv həyat tərzi və gənc düşüncə tərzi onun həmişə gümrah qalmasına kömək edir.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Məni arvadım cavan saxlayır" -
Son Xeberler

49 yaşlı nənə cavan oğlana qoşulub qaçdı - VİDEO
Son Xeberler

Azərbaycanda şok hadisə: Gəlin 16 yaşlı oğlanla q...
Son Xeberler

Bakıda yaşlı qadın yıxılaraq öldü
Bugun.az

10 yaş cavan görünməyin asan yolu
Tibbi məlumatlar

41 yaşlı qadın dəm qazından öldü
Son Xeberler


