
ABŞ-ın nümayəndə heyəti Bakıya gəldi

ABŞ-ın Oklahoma Milli Qvardiyasının Birgə Qərargahlar rəisi, briqada generalı Kolbi Uaytın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, səfər ikitərəfli hərbi əlaqələrin müzakirəsinə həsr olunub.
ABŞ nümayəndə heyəti Bakıya gəldikdən sonra dərhal Şəhidlər xiyabanını ziyarət etdi. Onlar ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların məzarlarını ziyarət edərək, mərhumlara ehtiram əlaməti olaraq gül dəstələri düzüblər. Nümayəndələr, həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Bu protokoldan sonra ABŞ nümayəndə heyəti rəsmi görüşlərə başlayıb.
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov ABŞ nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı Azərbaycanla ABŞ-nin Oklahoma ştatı arasında əlaqələrin möhkəmləndirilməsi diqqət mərkəzində olub. Tərəflər ikitərəfli hərbi əməkdaşlıq sahəsində görülən tədbirləri və bu istiqamətdəki gələcək addımları müzakirə etdilər. Sonda, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Talibanın nümayəndə heyəti də Bakıya gəlir
Xəbər Anı

Prezident Ərdoğan DEM Partiyasının Nümayəndə Heyət...
Son Xeberler

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri...
Bugun.az
DEM Partiyası Nümayəndə Heyəti PKK Lideri Abdullah...
Son Xeberler

Türkiyənin müdafiə naziri hərbi paradı izləmək üçü...
Azəri Xəbər

İlham Əliyev ABŞ-li nümayəndə heyəti ilə görüşdü
Bugun.az


