Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​ABŞ ordusunda biabırçılıq - Öz qırıcılarını vurdular

22.12.2024 06:25 128 baxış sayı 2 dəq. oxuma Metbuat
​ABŞ ordusunda biabırçılıq - Öz qırıcılarını vurdular

Dekabrın 22-də ABŞ hərbi qüvvələri Qırmızı dənizdə səhvən öz F/A-18 Hornet qırıcısını vurub.

Modern.az Report-a istinadən xəbər verir ki, hər iki pilot katapult edib və xilas edilib, onlardan biri yüngül xəsarət alıb.

ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə, hadisə “dost atəşi” səbəbindən baş verib və hazırda bunun səbəbləri araşdırılır.

Qırıcı “Harry S. Truman” aviadaşıyıcısında yerləşirdi.

Bəyanatda qeyd olunub ki, aviadaşıyıcının müşayiət gəmisi olan “Gettysburg” raket kreyseri “səhvən atəş açaraq təyyarəni vurub”.

Qırmızı dəniz artıq bir ildən çoxdur ki, aktiv hərbi əməliyyatlar zonası olaraq qalır. ABŞ İranın dəstəklədiyi Yəmənin husi qüvvələrinə qarşı mübarizə aparır ki, onlar da bölgədə gəmilərə dəfələrlə hücum ediblər. Hadisədən bir gün əvvəl Amerika qüvvələri Qırmızı dəniz üzərində husilərin dron və raketlərini vurub, həmçinin Sanada onların idarəetmə obyektlərinə və raket anbarlarına zərbələr endirib.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: