
ABŞ ticarət sazişini pozub - Çin

Çin ABŞ-nin Pekinlə imzaladığı ticarət müqaviləsini pozduğunu irəli sürüb.
Metbuat.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, Pekin maraqlarını qorumaq üçün tədbirlər həyata keçirəcək. Açıqlamada, "Çin sazişi ciddi qəbul edib, onu ciddi şəkildə yerinə yetirib və fəal şəkildə dəstəkləyib. Bunun əksinə olaraq, ABŞ Çinə qarşı dəfələrlə ayrı-seçkilik xarakterli məhdudlaşdırıcı tədbirlər tətbiq etməklə sazişi ciddi şəkildə pozub" - deyə bildirilib.
Qeyd edək ki, İsveçrənin Cenevrə şəhərində iki ölkə arasında ticarət sazişi imzalanmışdı. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Çinin ABŞ ilə imzaladığı ticarət müqaviləsinin pozduğunu irəli sürmüşdü.
Oxşar xəbərlər

Buzovnada ticarət mərkəzi yandı
Bugun.az

İri ticarət mərkəzlərinin açılması ilə bağlı
Son Xeberler

ABŞ-da ticarət mərkəzində atışma olub
Son Xeberler

Azərbaycanın Fond Bazarında Böyük Yüksəliş
Bugun.az

Bitkoinin qiyməti 36 min dolları keçdi
Son Xeberler

Bakıda ticarət mərkəzində faciə -Ölən var / FOTO
Bugun.az