Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Acunun həbsi tələb olundu

05.03.2025 05:25 108 baxış sayı 1 dəq. oxuma Metbuat
Acunun həbsi tələb olundu

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Acun Ilıcalı və bir sıra digər şəxslər haqqında ittiham aktı hazırlanıb.

Metbuat.az türk mətbuatına istinadən xəbər verir ki, ittiham aktında TV 8 və “Exxen” platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur.

İstanbul Cümhuriyyət Prokurorluğu bu iddia əsasında A.Ilıcalı da daxil olmaqla, şübhəlilərin 1 ildən 3 ilə qədər həbs edilməsini tələb edib.

İttiham aktı məhkəməyə təqdim edilib. Məhkəmə aktı qəbul edərsə, Acun Ilıcalı və digər şübhəlilər mühakimə olunacaqlar.

Xatırladaq ki, ötən il İstanbul Cümhuriyyət Prokurorluğu Acun Ilıcalı haqqında araşdırmaya başlayıb. Buna səbəb qanunsuz mərc oyunları reklamı və təşviq iddialarıdır.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: