
Adil Qeybulla Tofiq Yaqublunu müayinə etdi

Tanınmış həkim Adil Qeybulla Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu təcridxanada müayinə edib.
Metbuat.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.
Belə ki, A.Qeybullanın istintaq təcridxanasına daxil olmasına icazə verilib. O, Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimləri ilə birgə Tofiq Yaqublunu müayinə edib.
Həkim məhkumun saxlanılma şəraitindən narazı olmadığını, ona aclığı dayandırmasını tövsiyə etdiyini deyib.
Qeyd edilib ki, bu gün T.Yaqublunun çəkisi 83 kq 350q, təzyiqi 126/84, temperatur, saturasiya, ürək döyüntüsü normaldır. A.Qeybulla aclıq aksiyasının protokoluna uyğun olaraq ona ringer və digər fizioloji məhlullar köçürüb.
Oxşar xəbərlər

Tofiq Yaqublu müayinə olundu:
Son Xeberler

Ombudsman Aparatından Tofiq Yaqublu ilə bağlı
Son Xeberler

Azərbaycanın əməkdar artisti vəfat etdi
Son Xeberler

Adil Qeybulla:
Son Xeberler

Xəstəxanada olan Tofiq Yaqublu qızı ilə görüşdü -
Son Xeberler

Zahid Orucdan Tofiq Yaqublunun ev dustaqlığına bur...
Son Xeberler